Saakaşvili dərman qəbul etməyə başlayıb
Eyni zamanda, Mataşvili qeyd edib ki, hazırda eks-prezidentin vəziyyəti stabildir və bütün həyati əlamətləri normaldır.

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili yenidən lazımi dərmanları qəbul etməyə başlayıb və onun göstəriciləri yaxşılaşmağa başlayıb.
“Qazet.az” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə terapevt Sandro Mataşvili Xüsusi Penitensiar Xidmətdə keçirdiyi brifinqdə bildirib:
“Xəstənin üç gün ərzində dərman qəbul etməməsi səbəbindən onun laboratoriya göstəriciləri pisləşib. Dünən o, bütün lazımi dərmanları qəbul edib, laboratoriya müayinələri yaxşılaşıb, o cümlədən kaliumun səviyyəsi normala yaxındır. Xəstə bütün dərmanları qəbul edir”.
Eyni zamanda, Mataşvili qeyd edib ki, hazırda eks-prezidentin vəziyyəti stabildir və bütün həyati əlamətləri normaldır.