"Saakaşvili Gürcüstana gəlməyə cürət etməyəcək" : Gürcü Arzusu
Bunu Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze deyib
“Sizi əmin edirəm ki, Saakaşvilinin oktyabrın 2-dək Gürcüstana gəlməyə cürəti çatmayacaq, o, buna risk etməyəcək”.
Qazet.az xəbər verir ki, bunu Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, sabiq prezident Gürcüstana gələ bilməyəcəyini deməkdən çəkinir: “Saakaşvili qorxur və buna görə də onun anonsu aktual deyil”.
Xatırladaq ki, qonşu ölkənin keçmiş prezidenti Mixeil Saakaşvili sentyabrın 6-da videomüraciət yayaraq oktyabrın 2-də ölkədə keçiriləcək yerli seçkilər üçün Gürcüstana gedəcəyini elan edib. Sentyabrın 10-da onun vətənə dönməsini dəstəkləyən xalq hərəkatı yaradılıb və təşkilatda artıq 41 min nəfər qeydiyyatdan keçib.