Bakı 18˚C Mostly cloudy

Saakaşvili həbsxana xəstəxanasına köçürülür?

Gündəm 22:33 05 noy, 2021

Saakaşvilinin tərəfdarları və vəkilləri, eləcə də Gürcüstanın ictimai müdafiəçisi və dövlət müfəttişi hesab ediblər ki, həbsxananın şəraiti eks-prezidentə tam tibbi yardım göstərmək üçün lazımi standartlara cavab vermir.

Saakaşvili həbsxana xəstəxanasına köçürülür?

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin türmə xəstəxanasına köçürülməsi təhlükəsizliyi üçün riskdir.

Qazet.az xəbər verir ki, bu sözləri Gürcüstan Ombudsmanı deyib.

Gürcüstan Səhiyyə Nazirliyinin Tibbi və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi Agentliyi isə hakimiyyətin Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini transfer etmək istədiyi həbsxana klinikasını yoxlayıb.