Bakı 15˚C Mostly sunny

Saakaşvili ilə bağlı hökumətdən mühüm AÇIQLAMA

Gündəm 00:49 10 okt, 2022
Saakaşvili ilə bağlı hökumətdən mühüm AÇIQLAMA

Heç kimə imtiyaz verilməməlidir.

Qazet.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistin eks-prezident Mixail Saakaşvilinin səhhəti ilə bağlı sualına cavabında deyib.

"Mən bilirəm ki, dövlət, Ədliyyə Nazirliyi onun və digər məhbusların sağlamlığının qorunması üçün hər şeyi edir ki, onların hüquqları qorunsun. Heç kimə imtiyaz verilməməlidir", - baş nazir bildirib.

Qaribaşvili Saakaşvilinin Ukrayna hakimiyyətinə mümkün ekstradisiyasını şərh etməyib.

Saakaşvilinin amerikalı vəkili Massimo Danqelo bu yaxınlarda bildirib ki, prokurorlar onun otağına gələndə eks-prezidentin qıcolması olub:

"Saakaşvilinin təzyiqi və temperaturu vaxtaşırı yüksəlir, yemək yeyə bilmir".

Vivamedi klinikasının direktoru Zurab Çxaidze isə iddia edir ki, son günlər eks-prezidentin vəziyyəti dəyişməyib.