Saakaşvili müraciət yaydı: Aclığa sona qədər davam edəcəm!
Gündəm
09:12 05 okt, 2021
N.Qvaramiya Saakaşvili ilə görüşərkən eks-prezidentin verdiyi müraciəti də aksiyada oxuyub.

Mixail Saakaşvili özünün və onunla birlikdə həbs edilənlərin azadlığa çıxmadığı müddətdə aclığa davam edəcəyini bildirib.
Qazet.az xəbər verir ki, bu sözləri “Mtavari arxi” kanalının baş direktoru, eks-prezidentin vəkili Nika Qvaramiya deyib.
N.Qvaramiya Saakaşvili ilə görüşərkən eks-prezidentin verdiyi müraciəti də aksiyada oxuyub.
“Siz bilirsiniz ki, mən aclıq elan etmişəm. İstəyirəm biləsiniz ki, mən və mənə görə həbs edilənlər azad edilməyincə heç bir halda aclığı dayandırmayacağam. Mən həyatı çox sevirəm, ancaq bu aclıq həyatımın sonuna qədər davam edəcək”, - Saakaşvili məktubunda yazıb.