Bakı -9˚C Showers

Saakaşvili reanimasiyaya yerləşdirilib

Gündəm 00:55 19 noy, 2021

Həkimlər qrupu Saakaşvilinin vəziyyəti pisləşdikdən sonra səhiyyə naziri Yekaterina Tkaradze ilə görüşə yollanıb.

Saakaşvili reanimasiyaya yerləşdirilib

Gürcüstan Penitensiar Xidməti huşunu itirərək yıxılan eks-prezident Mixail Saakaşvilinin səhhəti ilə bağlı məlumat yayıb.

“Qazet.az" xəbər verir ki,  Saakaşvilinin vəziyyəti stabildir və vəkili Nika Qvaramiya onun yanındadır. 

Qvaramiya isə jurnalistlərə açıqlamasında bildirib ki, Saakaşvili reanimasiyaya yerləşdirilib. Reanimatoloqun sözlərinə görə, eks-prezidentin təzyiqi 180-ə qalxıb. 

Həkimlər qrupu Saakaşvilinin vəziyyəti pisləşdikdən sonra səhiyyə naziri Yekaterina Tkaradze ilə görüşə yollanıb.

sputnik-geo