Saakaşvili təknəfərlik kameraya köçürüldü
Siyasət
15:48 13 okt, 2021
Həbsxana rəhbərliyi Saakaşvilinin öz istəyi əsasında belə bir qərar verib
Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili saxlanıldığı Rustavi həbsxanasında təknəfərlik kameraya köçürülüb.
Qazet.az “New Format”a istinadən xəbər verir ki, həbsxana rəhbərliyi Saakaşvilinin öz istəyi əsasında belə bir qərar verib.
Məlumata əsasən, Saakaşvili kamerasını qəti şəkildə kimləsə bölüşməkdən imtina edib.
Bildirilir ki, Gürcüstanın Ədliyyə Nazirliyi Saakaşvilinin sağlamlığına nəzarət etmək üçün həkimlərdən ibarət qrup toplamağı istəyib. Sözügedən qrupun məqsədi mütəmadi olaraq Saakaşvilinin sağlamlıq vəziyyətini müşahidə etmək və lazım gəldikdə müvafiq tövsiyyələr vermək olacaq.