Bakı 2˚C Cloudy

Saakaşvili xalqı mitinqə səslədi

Siyasət 15:21 01 okt, 2021

Saakaşvili oktyabrın 3-də Tbilisiyə gedəcək

Saakaşvili xalqı mitinqə səslədi

Bu gün səhər vətəninə döndüyünü açıqlayan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili, video mesajı ilə vətəndaşlara müraciət edib. 

Qazet.az xəbər verir ki, oktyabrın 2-si qayıdacağını deyən Saakaşvili, Baş nazirin "qayıtsa, həbs edəcəyik" sözündən sonra 1-i quru yolla qayıda bilib. 

Eks-prezident hazırda Batumidə olduğunu, lakin oktyabrın 3-də Tbilisidə olacağını bildirib. 

O, əlavə edib ki, oktyabrın 2-də hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasını hakimiyyətdən uzaqlaşdırmaq üçün bütün vətəndaşlar seçkiyə getməlidir. Bu məqsədlə siyasətçi, yaratdığı "Vahid Milli Hərəkat" partiyasını və "nisbətən vicdanlı partiyalari" səs verməyə çağırıb. 

O, seçkilərin 2-ci günü vətəndaşları genişmiqyaslı mitinq keçirmək üçün Tiflisin mərkəzindəki Azadlıq meydanına toplaşmağa səsləyib: 

"Mən də bu sütunlardan birinə qoşulacağam. Buna görə də mənim tələbim odur ki, sütunlar çoxsaylı və güclü olsun ki, onlar (səlahiyyətlilər) məni dayandıra bilməsin. Görürsünüz, mən bura gəlmək üçün hər şeyi riskə atdım - həyatımı, azadlığımı"... 

Lakin Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, Saakaşvili Gürcüstan sərhədini rəsmi olaraq keçməyib.

Qaynaq