Saakaşvilidən KRİTİK AÇIQLAMA: "Lukaşenkonun əhval-ruhiyyəsini çox yaxşı bilirəm"
Ukraynada cəbhə xəttində, xüsusən də Xerson istiqamətindəki son prosesləri Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixeil Saakaşvili şərh edib.
Qazet.az yerli KİV-ə istinadla xəbər verir ki, onun göndərdiyi məktub rəsmi sosial şəbəkə səhifəsində paylaşılıb.
Mixeil Saakaşvili yazır ki, ruslar ukraynalılara maksimum təzyiq etməyə çalışsalar da, bölgədən çəkiləcəklər. Bundan əlavə, o, Kiyevə Belarusdan yeni hücumu istisna edir:
"Əgər indiyədək mən Rusiyanın həqiqətən də Xersondan keçib-keçmədiyinə şübhə edirdimsə, indi buna praktiki olaraq əminəm, amma eyni zamanda bu maksimum qiyməti bizə tətbiq etməyə çalışacaqlar. Bu və ya digər şəkildə Xerson nəhayət, öz taleyini bu müharibədə həll edəcək. Belarusdan Kiyevə yeni hücuma gəlincə, mən 100% əminəm və bunu istisna edirəm. Mən Lukaşenkonun və belarusların əhval-ruhiyyəsini çox yaxşı bilirəm. Belarusda qüvvələr yeganə məqsəd üçün yerləşdirilir. Ukraynanın cənubda və şərqdə daimi olaraq Belarus sərhədlərində istifadə edə biləcəyi qüvvələrlərdən gedir söhbət”,- Mixail Saakaşvili qeyd edib.