Saakaşvilini azad etməyə çağırırlar: Tbilisidə növbəti mitinq keçiriləcək
Siyasət
13:28 14 okt, 2021
Mitinqə müxtəlif bölgələrdən iştirakçılar da qatılacaq
Bu gün Gürcüstanın paytaxtı Tbilisidə keçmiş prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə mitinq keçiriləcək. “Mişaya azadlıq!” şüarlı kütləvi aksiya saat 18:00-da Azadlıq meydanında təşkil olunacaq.
Qazet.az xəbər verir ki, müxalif Vahid Milli Hərəkat Partiyasının təşkil etdiyi mitinqə müxtəlif bölgələrdən iştirakçılar da qatılacaq.
Meydanda səhnə və monitorun quraşdırılmasına başlanılıb.
Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, hazırda Rustavidəki 12 saylı həbsxanadadır və artıq 14-cü gündür aclıq aksiyası keçirir.