Bakı 3˚C Dreary

Saakaşvilini məhkəməyə gətirmədilər - Vəkillərdən etiraz

Gündəm 00:55 11 noy, 2021

Növbəti prosesin 29 noyabrda keçiriləcəyi bildirilib.

Saakaşvilini məhkəməyə gətirmədilər - Vəkillərdən etiraz

Bu gün Mixail Saakaşvilinin türmədə məhkəmə prosesi keçirilib.

Qazet.az xəbər verir ki, vəkillərin tələbinə baxmayaraq, hakim heyəti Saakaşvilinin məhkəməyə gətirilməsini təmin etməyib.

Daha sonra vəkillər Beka Basiliya və Şota Tutberidze prosesi İctimai Televiziya da daxil olmaqla, digər media qurumlarının da buraxılması üçün vəsatət qaldırıblar. Bu vəsatət də təmin edilməyib.

Nəhayət, digər vəkillər – Nika Qvaramiya və Dito Sadzaqlişvilinin məhkəmədə iştirakının təmin edilməsi tələbi də rədd edildikdən sonra vəkillər iclas zalını etiraz əlaməti olaraq tərk ediblər.

Onlar bildiriblər ki, Saakaşvilinin müdafiəsindən imtina etmirlər, sadəcə, silsilə suallar yaranıb ki, Saakaşvili ilə məsləhət etmədən addım ata bilməzlər.

Qeyd edək ki, Saakaşvili dövləti güc yolu ilə dəyişməkdə də ittiham edilir.

Növbəti prosesin 29 noyabrda keçiriləcəyi bildirilib.