Bakı 22˚C Sunny

Saakaşvilinin həbsxanadan ilk fotosu yayılıb - FOTO

Gündəm 16:08 21 okt, 2021

Media nümayəndələri onu lentə alıblar

Saakaşvilinin həbsxanadan ilk fotosu yayılıb - <span style="color:red">FOTO</span>

Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilin həbsxanadan ilk fotosu çəkilib.

Qazet.az xəbər verir ki, o, saxlandığı Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinin dəmirbarmaqlı pəncərəsindən tərəfdarlarını salamlayıb.

M.Saakaşvili türmə kamerasından tərəfdarlarına “Siz çox güclüsünüz” sözləri ilə təşəkkür edib.

Eks-prezident pəncərədə bir neçə saniyə ərzində görünüb. Pəncərə tez bir zamanda bağlansa da, media nümayəndələri onu lentə alıblar.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, artıq 21-ci gündür aclıq aksiyası keçirir.