Saakaşvilinin həbsxanadan köçürülmə görüntüləri yayıldı - VİDEO
Xüsusi Penitensiar Xidmətin Saakaşvilinin 18 saylı Qldani həbsxanasına köçürülməsinin zorla baş tutduğunu təkzib edib
Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin Rustavi 12 saylı cəzaçəkmə müəssisəsini tərk etməsinin təhlükəsizlik kameralarında əks olunan görüntüləri yayılıb.
Qazet.az xəbər verir ki, Xüsusi Penitensiar Xidmətin üçüncü prezident Mixeil Saakaşvilinin 18 saylı Qldani həbsxanasına köçürülməsinin zorla baş tutduğunu təkzib edən məlumatında deyilir:
"Yüksək ictiami maraqı nəzərə alaraq məhbus Mixail Saakaşvilinin 12-ci Cəzaçəkmə Müəssisəsini tərk etməsinin görüntülərini paylaşırıq. Görüntülərdə Mixeil Saakaşvilinin öz istəyi ilə cəzaçəkmə müəssisəsini tərk etdiyi açıq şəkildə görünür".
Keçmiş prezidenti Qldani həbsxanasında ziyarət edən Xalq Müdafiəçisi Nino Lomcaria isə deyib:
“Mixeil Saakaşvilinin sözlərinə görə, ona deyiblər ki, şura iclası keçirilib və şura onun çoxfunksiyalı klinikaya köçürülməsi barədə qərar qəbul edib. O, mülki klinikaya aparılmalı olduğunu bilib və buna görə də könüllü olaraq razılaşdığını bildirib. Biz də 12 saylı müəssisədə idik və məhbus Saakaşviliyə onun 18 saylı müəssisəyə köçürülməsi barədə heç bir rəsmi sənəd yoxdur".