Bakı 5˚C Dreary

Saakaşvilinin səhhəti ilə bağlı açıqlama

Gündəm 01:12 15 noy, 2021

Qeyd edək ki, Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze isə ötən günki açıqlanmasında keçmiş prezidentin səhhətinin kəskin pisləşdiyini, hətta onun çarpayıdan qalxa bilmədiyini söyləmişdi.

Saakaşvilinin səhhəti ilə bağlı açıqlama

Eks-prezident Mixail Saakaşvili müalicə kursu keçir və özünü yaxşı hiss edir.

Qazet.az xəbər verir ki, bu barədə Gürcüstanın 18 saylı türmə xəstəxanasının baş həkimi Manana Elefterova deyib.

“Saakaşvili 8 noyabrdan 18 saylı xəstəxanada müalicə alır. Ciddi həkim nəzarətindədir. Bütün lazımi laborator müayinələr aparılır, lazımi dərmanlar verilir. Həyati təhlükəsi yoxdur”, - deyə baş həkim bildirib.

Qeyd edək ki, Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze isə ötən günki açıqlanmasında keçmiş prezidentin səhhətinin kəskin pisləşdiyini, hətta onun çarpayıdan qalxa bilmədiyini söyləmişdi.