Bakı 25˚C Sunny

Saakaşvilinin səhhətində yeni problemlər yaranıb

Gündəm 00:11 17 dek, 2021

“Gəzərkən tarazlığının pozulduğunu görəndə həkimə çox təəccübləndiyimi bildirdim"

Saakaşvilinin səhhətində yeni problemlər yaranıb

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili müvazinətini saxlaya bilmir.

“Qazet.az” xəbər verir ki, bu barədə onun anası Julie Alasania bildirib.

Onun sözlərinə görə, Gürcüstanın keçmiş lideri əvvəllər belə problemlərlə üzləşməyib.

“Gəzərkən tarazlığının pozulduğunu görəndə həkimə çox təəccübləndiyimi bildirdim. Əvvəllər o, yaxşı yeriyirdi, amma indi onun müvazinətini saxlamaq çətindir”, - Alasania jurnalistlərə deyib.