Bakı 7˚C Sunny

Saakaşvilinin xanımı - "Hakimiyyət onu öldürmək istəyir"

Gündəm 03:20 04 dek, 2021

"Əgər sizə Gürcüstanda Mixail Saakaşvili lazım deyilsə, onu Ukraynaya qaytarın, bizə lazımdır”

Saakaşvilinin xanımı - "Hakimiyyət onu öldürmək istəyir"

Gürcüstanda Mixail Saakaşvili sizə lazım deyilsə, onu Ukraynaya qaytarın, bizə lazımdır.

Qazet.az 24Nyus.ge-yə istinadən xəbər verir ki, bu sözləri Mixail Saakaşvilinin həyat yoldaşı Yelizaveta Yasko deyib.

O, eks-prezidentin səhhətindən də danışaraq, Saakaşvilinin zəif olduğunu bildirib:

“Mixail Saakaşvili zəifdir, onu bir neçə dəfə uzanıb dincəlməyə məcbur ediblər, təəssüf ki, zəifdir. O, ilk növbədə bu soyuq havada prosesləri işıqlandırmağa çalışan jurnalistlərə salamlar göndərir. Demək istədiyim odur ki, dünənki məhkəmə bizə göstərdi ki, Gürcüstanda Saakaşviliyə qarşı ittihamlar var və belə görünür ki, hakimiyyət Mixail Saakaşvilini öldürmək istəyir və onu uzun illər azadlıqdan məhrum edilməsini istəyir. Əgər sizə Gürcüstanda Mixail Saakaşvili lazım deyilsə, onu Ukraynaya qaytarın, bizə lazımdır”, - deyə Liza Yasko bildirib.