Bakı 19˚C Sunny

Saakaşvilinin yaddaşında problemlər var

Gündəm 11:34 20 dek, 2021

Əlilliyə səbəb ola biləcək simptomatik xəstəliklər çox güclü şəkildə inkişaf edir

Saakaşvilinin yaddaşında problemlər var

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin sevgilisi olan Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko bildirib ki, siyasətçinin yaddaşında problemlər yaranmağa və əlilliyə səbəb ola biləcək fəsadlar inkişaf etməyə başlayıb.

Qazet.az xəbər verir ki, bunu həyat yoldaşı “Facebook”da canlı yayım zamanı deyib.

"Bir sıra fəsadlar var ki, onlar nevroloji xəstəliklərlə bağlıdır. Bu fəsadlar onun hərəkət və yeriməsinə, hərəkətlərinin koordinasiyasına, yaddaşına çox mənfi təsir edir. Təəssüf ki, onun çox ciddi problemləri var. Əlilliyə səbəb ola biləcək simptomatik xəstəliklər çox güclü şəkildə inkişaf edir” - deyə Yasko “Facebook”da yayım zamanı bəyan edib.

Qeyd edək ki, Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb. O, oktyabrın 2-də keçirilən yerli seçkilər ərəfəsində vətənə qayıdıb.

Mənbə: “RİA Novosti”