Bakı -1˚C Rain

Saakaşvilinin yeni xanımı mübarizə üçün Tiflisə gəlir

Gündəm 03:13 05 okt, 2021

Yasko tezliklə Gürcüstana gedəcəyini də elan edib: “Saakaşvili, səninlə qürur duyuram. 

Saakaşvilinin yeni xanımı mübarizə üçün Tiflisə gəlir

Son günlər heç də yaxşı şeylər yazmayan bifrət püskürənlərə demək istəyirəm: öz dövlətinizi qurmaqla məşğul olun, harda ki, siz yoxsunuz.

Qazet.az xəbər verir ki, bu sözləri Gürcüstanın eks-prezidenti, Ukrayna Milli İslahat Şurasının sədri Mixail Saakaşvilinin yeni xanımı, ukraynalı deputat Liza Yasko sosial şəbəkə hesabındakı canlı yayım zamanı deyib.

Yasko bəyan edib ki, Saakaşvili Gürcüstanda qanunsuz həbs edilib və bütün dünya ictimaiyyəti onun azad olunması üçün mübarizə aparacaq.

“Onu qanunsuz mühakimə edirlər. O, Gürcüstan üçün çox şeylərdən keçib, Ukraynadakı konfort həyatından imtina edib, ailəsindən, dostlarından uzaqlaşıb ki, Gürcüstanda, sizin üçün dəyişikliklər olsun”, - Yasko bildirib.

Onun sözlərinə görə, gürcü xalqı seçkinin nəticələrini və eks-prezidentini qorumalıdır. O, həmçinin Rustavi türməsinin qarşısında aksiya keçirən Saakaşvili tərəfdarları ilə həmrəy olduğunu da bildiribş

Yasko tezliklə Gürcüstana gedəcəyini də elan edib: “Saakaşvili, səninlə qürur duyuram. Döz, dayan, tezliklə görüşəcəyik!”