Saatlıda 16 yaşlı qız hamamda dəm qazından boğularaq ölüb
Hadisə
12:18 02 dek, 2021
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır
Saatlı rayonunda dəm qazından ölüm hadisəsi baş verib.
Qazet.az xəbər verir ki, hadisə dekabrın 1-də qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü rayon sakini Aytac İsmayılova yaşadığı evin hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.