Saatlıda qanunsuz ov edən şəxs saxlanıldı
Hadisə
20:20 22 yan, 2022
Faktla bağlı araşdırmalar aparılır

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qanunsuz ov edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Qazet.az-a verilən məlumata görə, rayonun Çolpu kənd sakini T.Əliyevdən bir ədəd “Toz” markalı ov tüfəngi və qanunsuz olaraq ovladığı bir ədəd dovşan aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.