"Sabah" almaniyalı oyunçu ilə müqaviləni uzatdı
İdman
16:30 16 noy, 2022

“Sabah” Coy-Lens Mikelslə yeni müqavilə bağlayıb.
Qazet.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Almaniyalı vingerlə mövsümün sonunda başa çatacaq müqavilə müddəti artırılıb. Yeni anlaşmanın müddəti 1+1 illikdir.
Mikels 2021-ci ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışır. O, Azərbaycanda keçirdiyi 41 matçda 21 qola imza atıb. Mikels “Sabah”ın tarixində ən çox qol vurmuş futbolçudur.