Bakı 18˚C Intermittent clouds

Sabah Brüsseldə Prezident İlham Əliyev və NATO-nun Baş katibi arasında görüş olacaq

Gündəm 18:34 13 dek, 2021

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də Belçikanın paytaxtı Brüsselə səfər edəcək.

Sabah Brüsseldə Prezident İlham Əliyev və NATO-nun Baş katibi arasında görüş olacaq

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də Belçikanın paytaxtı Brüsselə səfər edəcək.

Qazet.az xəbər verir ki, məlumatı NATO-nun rəsmi saytı yayıb.

Bildirilib ki, səfər zamanı dövlət başçısı Şimali Atlantika Şurasının iclasında iştirak edəcək.

Bundan başqa, sabah Prezident İlham Əliyevlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş olacaq.

Görüşdən sonra liderlər mətbuat konfransı keçirəcəklər.