Sabah çimərliklərə gedənlər üçün HAVA PROQNOZU
Xəbərlər
15:31 26 avq, 2022
Avqustun 27-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Qazet.az-a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.