Bakı 5˚C Mostly cloudy

Sabah Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan macar həmkarı ilə görüşəcək

Gündəm 21:49 30 noy, 2022
Sabah Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan macar həmkarı ilə görüşəcək

Ermənistan Macarıstanla diplomatik münasibətləri bərpa etmək niyyətindədir.

Qazet.az "Haqqın.az"a istinadən xəbər verir ki, ötən il Macarıstan 5 erməni hərbi əsirinin qaytarılmasına şərait yaratdıqdan sonra İrəvan “qəzəbini mərhəmətə dəyişib”. Sabah Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan macar həmkarı Peter Szijarto ilə görüşərək Ermənistan-Macarıstan münasibətlərinin gələcəyini müzakirə edəcək.

Qeyd edək ki, 2004-cü ildə Macarıstanda erməni təxribatçısı Qurgen Marqaryanı qətlə yetirməkdə təqsirli bilinən Ramil Səfərovun ekstradisiyasından sonra Ermənistan 2012-ci il avqustun 31-də Macarıstanla münasibətlərini kəsib.