Bakı 7˚C Cloudy

Sabah ilin sonuncu günəş tutulması olacaq

Cəmiyyət 16:57 03 dek, 2021

 Bu, tam günəş tutulması olacaq

Sabah ilin sonuncu günəş tutulması olacaq

Sabah 2021-ci ilin ikinci günəş tutulması baş verəcək.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Qazet.az-a verilən xəbərə görə, bu, tam günəş tutulması olacaq.

Tutulma hadisəsi 09:29:16-da başlayacaq və 13:37:26-da sona çatacaq. Tutulmanın maksimumu 11:34:38-də olacaq.

Tutulma hadisəsi 4 saat 8 dəqiqə davam edəcək. Qismən tutulma hadisəsi Avstraliya, Afrika, Cənubi Amerikanın cənubu, Sakit, Atlantik və Hind okeanlarında, tam tutulma isə Antarktidada müşahidə olunacaq.

Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.