Bakı 18˚C Intermittent clouds

“Sabah” “Kəpəz”dən revanşı aldı – 1/4 finalın son cütük müəyyənləşdi

İdman 02:08 12 dek, 2021

 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib

“Sabah” “Kəpəz”dən revanşı aldı – 1/4 finalın son cütük müəyyənləşdi

Azərbaycan kubokunda 1/4 final mərhələsinin son cütü müəyyənləşib.

Qazet.az apasport.az-a istinadən bildirir ki, "Sabah" - "Kəpəz" matçının qalibi "Neftçi"nin rəqibi olub.

Ötən mövsüm bu mərhələdə məhz gəncəlilərə məğlub olan paytaxt təmsilçisi bu dəfə sensasiyaya imkan verməyib. Doğma arenasında 3:0 hesablı qələbə qazanan Murad Musayevin yetirmələri revanşı alıb. "Sabah"la "Neftçi" arasındakı 1/4 finaldakı qarşılaşmalar fevralın 1-də "Bakcell Arena"da, 12-də isə "Bank Respublika Arena"da olacaq.

Bununla 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib. Digər oyunlarda "Zirə" "Səbail"lə, "Sumqayıt" "Qəbələ" ilə, "Qarabağ" isə "Keşlə" ilə qarşılaşacaq.