Bakı 26˚C Intermittent clouds

"Sabah" "Krasnodar"ın sabiq baş məşqçisi ilə danışıqlara başlayıb

Gündəm 13:58 25 okt, 2021

Bu barədə paytaxt təmsilçisinin idman direktoru İqor Ponomaryov məlumat verib

"Sabah" "Krasnodar"ın sabiq baş məşqçisi ilə danışıqlara başlayıb

"Sabah" klubu Rusiya "Krasnodar"ının sabiq baş məşqçisi Murad Musayevlə danışıqlara başlayıb.

Qazet.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin idman direktoru İqor Ponomaryov məlumat verib.

61 yaşlı mütəxəssis bu post üçün bir neçə namizədlə görüşdüklərini bildirib: "Ramin Quliyevin gedişindən sonra baş məşqçi postu boşalıb. Rusiyalı Murad Musayev sadəcə, namizədlərdən biridir. Biz namizədlərlə görüşürük. Bu da normal prosesdir".

Qeyd edək ki, "Sabah" oktyabrın 21-də Ramin Quliyevlə yollarını ayırıb. Murad Musayev 2018 - 2021-ci illərdə "Krasnodar"da işləyib.