Sabah Mövlud Çavuşoğlu ilə Sergey Lavrov görüşəcək
Siyasət
17:32 02 dek, 2021
M.Çavuşoğlu hər iki tərəflər təmas saxladıqlarını söyləyərək tərəflər gərginliyi azaltmağı tövsiyə etdiklərini vurğulayıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 3-də rusiyalı həmkarı Sergey Lavrovla İsveçin paytaxtı Stokholmda görüşəcək.
Qazet.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Mövlud Çavuşoğlu müsahibəsində qeyd edib.
Onun sözlərinə görə, dekabrın 2-si və 3-də Ukraynanın xarici işlər naziri Dmirto Kuleba, dekabrın 3-də isə Sergey Lavrovla görüşəcək.
M.Çavuşoğlu hər iki tərəflər təmas saxladıqlarını söyləyərək tərəflər gərginliyi azaltmağı tövsiyə etdiklərini vurğulayıb.
Qeyd edək ki, dekabrın 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezdenti Vladimir Putin arasında telefon danışığı da olacaq.