Bakı 26˚C Intermittent clouds

"Sabah" növbəti yoxlama oyununu keçirir

İdman 10:22 12 yan, 2023
"Sabah" növbəti yoxlama oyununu keçirir

Mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşan "Sabah" bu gün ilk yoxlama oyununu keçirəcək.

Qazet.az xəbər verir ki, Murad Musayevin komandası Polşanın "Vatra" (Poznan) klubu ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, "Sabah" yanvarın 18-də isə Serbiyanın “Voyvodina” klubu ilə yoxlama oyunlarında qüvvəsini sınayacaq.