"Sabah" rekordçusu ilə vidalaşdı
Serbiyalı qapıçının klub rəhbərliyinə müqaviləsinə vaxtından öncə xitam verilməsi ilə bağlı müraciətinə müsbət cavab verilib

"Sabah" Saşa Stamenkoviçlə yolları ayırıb.
Qazet.az xəbər verir ki, uzun müddətdi paytaxt klubunda çıxış edən qolkiper "Səbail”lə oyundan sonra düşərgəni tərk edəcək. Serbiyalı qapıçının klub rəhbərliyinə müqaviləsinə vaxtından öncə xitam verilməsi ilə bağlı müraciətinə müsbət cavab verilib.
Stamenkoviç 2018-ci ildən komandanın uğurları üçün çalışıb. Bu günə kimi 67 matçda (63 oyun Azərbaycan Premyer Liqasında, 4 oyun ölkə kubokunda) şans qazanan təcrübəli qolkiper, bu sahədə klubun rekordçusudur. O, "Sabah"ın Premyer Liqaya vəsiqə qazandığı 2018/19-cu il mövsümündə 27, 2019/20-ci il mövsümündə 19, 2020/21-ci il mövsümündə 18, cari mövsümdə isə 3 oyunda meydana çıxıb.