Sabah son 580 ilin ən uzun ay tutulması olacaq
Son 580 ilin ən uzun ay tutulması olacaq
Dünya son 580 ilin ən uzun ay tutulmasına şahidlik edəcək.
Qazet.az Şamaxı Astrofizika Rəsədxanasına istinadən xəbər verir ki, bu təbiət hadisəsi zamanı Ayın bir hissəsi Yerin kölgə konusundan (Umbra) keçəcək ki, bu cür tutulmaya qismən Ay tutulması deyilir.
Tutulma hadisəsi Bakı vaxtı ilə saat 11:18:41-də başlayacaq, saat 14:47:04-də isə başa çatacaq. Ümumlikdə 2 saat 28 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 13:02:55-də olacaq.
Tutulma Şimali Amerikadan, Şimali Avropa, Şərqi Asiya, Sakit okean və Avstraliyada müşahidə olunacaq. izlənilə biləcək.
Bundan öncə ən uzun qismən tutulma 2018-ci ildə baş verib və iki saatdan az davam edib.
Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə bu təbiət fenomeni Azərbaycanda müşahidə olunmayacaq.