Bakı 24˚C Windy

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Gündəm 12:54 05 okt, 2021

Havanın Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Oktyabrın 06-da  gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq  küləyi əsəcək. Havanın temperaturu gecə 13-15° isti, gündüz 15-17° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 15-17° isti olacaq. 
Atmosfer təzyiqi  766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.   
Nisbi rütubət  60-70 % olacaq.


Tibbi-meteoroloji proqnoz
Oktyabrın 06-da  Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

Azərbaycanın rayonlarında: Arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv və güclü  olacağı, dağlıq ərzilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Mülayim şimal  küləyi əsəcək. Havanın temperaturu gecə 10-14°  isti, gündüz 15-18° isti, dağlarda gecə 0-4° isti, gündüz  4-7° isti, yüksək dağlıq ərazilərdə gecə 2-5° şaxta, gündüz  0-2° şaxta olacaq.