Bakı 16˚C Partly sunny

"Sabah"da yeni müqavilə

İdman 12:15 27 dek, 2022
"Sabah"da yeni müqavilə

“Sabah” klubu müdafiəçi Amin Seydiyevlə yeni müqavilə bağlayıb.

Klubun mətbuat xidmətindən Qazet.az-a verilən məlumata görə, Azərbaycan millisinin də üzvü olan 24 yaşlı müdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 2026-cı ilə kimdir.

Qeyd edək ki, Seydiyev 2020-ci ildən “Sabah”ın uğurları üçün çalışır. O, bu günə kimi komandanın heyətində 71 rəsmi matç keçirib (66 oyun Premyer Liqada, 5 oyun ölkə kubokunda), 2 qol vurub.

Amin “Sabah”ın heyətində ən çox oyun keçirmiş futbolçudur.