Bakı 11˚C Cloudy

"Sabah"dan heç-heçə

İdman 16:05 14 dek, 2022
"Sabah"dan heç-heçə

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.

Qazet.az-ın məlumatına görə, günün ilk matçında "Kəpəz" "Sabah"ı qəbul edib.

Gəncə şəhər stadionundakı qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

Görüşdə hesabı qonaqlar açıblar. 34-cü dəqiqədə Coy Lens Mikels başla dəqiq oynayıb. Bir dəqiqə sonra "Kəpəz"in heyətində Abdullahi Şuaybu tarazlığı bərpa edib. 20 yaşlı nigeriyalı yarımmüdafiəçi 73-cü dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. 88-ci dəqiqədə Aleksey Kaşuk "Sabah"ın ikinci qolunun müəllifi olub.

90+1-ci dəqiqədə paytaxt komandasının futbolçusu Ceyhun Nuriyev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayını 11-ə çatdıran Gəncə təmsilçisi 8-ci pilləyə yüksəlib. 40 xalla ikinci sırada olan paytaxt klubu lider "Qarabağ"dan 7 xal geri qalır.

Qeyd edək ki, günün digər oyunun "Sumqayıt" "Səbail"i qəbul edəcək. XVII turun əvvəlki matçlarında "Zirə" Şamaxıda eyniadlı komanda ilə qolsuz heç-heçə edib, "Qarabağ" isə "Qəbələ"yə minimal hesabla qalib gəlib - 1:0. Tura dekabrın 15-də keçiriləcək "Turan Tovuz" - "Neftçi" görüşü ilə yekun vurulacaq.