Bakı 12˚C Partly sunny w/ showers

"Sabah"ın futbolçuları millidə ilk

İdman 11:11 17 noy, 2022
"Sabah"ın futbolçuları millidə ilk

 “Sabah”ın 5 futbolçusu – Aleksey İsayev, Bəxtiyar Həsənalızadə, Elvin Camalov, Anatoli Nuriyev və Namik Ələskərov millimizin heyətində Moldovoya qarşı dünənki yoxlama oyununda iştirak edib. 

Qazet.az klubun saytına istinadən xəbər verir ki, Aleksey və Bəxtiyar start heyətində yer alıb və 90 dəqiqə meydanda olubsa, Elvin 66-cı, Namik və Anatoli isə 83-cü dəqiqədə oyuna daxil olublar.

Millidəki digər təmsilçilərimiz – Amin Seydiyev və Ceyhun Nuriyev isə görüşdə ehtiyat oyunçular skamyasında yer alıblar.

Bu matç İsayev üçün əlamətdar olub. Belə ki, 27 yaşlı yarımmüdafiəçi millidə ilk qolunu vurub. O, buna yığmada 10-cu matçında nail olub. Oyunda millimizin digər qoluna Emin Mahmudov imza atıb. Görüş Aleksey kimi Bəxtiyar üçün də əlamətdar olub. Belə ki, müdafiəçi Moldova ilə matçda millimizin heyətində ilk oyununu keçirib.