Sabahın hava proqnozu AÇIQLANDI
Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 13-17 dərəcə isti, dağlarda gecə 3-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Qazet.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq.
Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 8-10, gündüz 12-15, Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 65-75 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək.
Lakin axşam bəzi şimal və qərb rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi bəzi rayonlarda arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 13-17 dərəcə isti, dağlarda gecə 3-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.