Bakı 33˚C Partly sunny

Sabahın hava proqnozu

Gündəm 14:18 12 iyl, 2022

Milli Hidrometeorologiya Xidmətindən bildirilib

Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
 

Milli Hidrometeorologiya Xidmətindən Qazet.az -a verilən xəbərə görə, havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək.

 

Nisbi rütubət 55-60 % olacaq.
 

Azərbaycanın rayonlarında yağmursuz. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 8-13° isti, gündüz 25-30° isti olacaq.