"Sabah"ın tarixinə düşdü
İdman
16:19 01 dek, 2022
Azərbaycan millisinin futbolçusu Amin Seydiyev "Sabah" klubunun tarixində ən çox matça çıxan oyunçu olub.
Qazet.az-ın məlumatına görə, 24 yaşlı müdafiəçi bunu "Turan Tovuz"u 1:0 hesabı ilə məğlub etdikləri Premyer Liqanın XV tur oyununda bacarıb.
Paytaxt təmsilçisində 68-ci qarşılaşmasını keçirən Seydiyev bu göstəricidə mütləq rekordçudur. O, "Sabah"ın sabiq qapıçısı Saşa Stamenkoviçi (67) geridə qoyub.
Qeyd edək ki, Amin Seydiyev komandanın heyətində Premyer Liqada 64, ölkə kubokunda isə 4 matçda iştirak edib.