Sabiq deputat vəfat etdi
Gündəm
16:02 23 sen, 2021
Kərim Kərimov vəfat edib
![Sabiq deputat vəfat etdi](https://qazet.az/resized/fit900x500/center/pages/26721/e27d38cd-08fe-4708-a8c3-0d4749c850bc.jpeg)
Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, keçmiş deputat, məşhur “91-lər”dən olan Kərim Kərimov vəfat edib.
Bu barədə mərhumun yaxınları məlumat verib.
K.Kərimov 85 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Kərim Hacıxan oğlu Kərimov 1936-cı il fevralın 18-də Qax rayonunun Qaxmuğal kəndində anadan olub.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix, dil-ədəbiyyat fakültəsini bitirib.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub.
1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilib. Milli Məclisin İnsan hüquqları komissiyasının üzvü olub.
3 övladı var.