Sabiq deputata AĞIR İTKİ
Gündəm
15:06 23 dek, 2021
Keçmiş millət vəkili Ağacan Abıyevə ağır itki üz verib

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, texnika elmləri namizədi, professor, keçmiş millət vəkili Ağacan Abıyevə ağır itki üz verib.
Keçmiş deputat bu barədə Qazet.az-a özü məlumat verib. Ağacan Abıyev bacısının dünyasını dəyişdiyini söyləyib.

O bildirib ki, böyük bacısı koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, 84 yaşlı Ağacan Abıyev hazırda təqaüddədir. O, 2005-2020-ci illərdə Milli Məclisin deputatı kimi fəaliyyət göstərib.