Bakı -1˚C Dreary

Sabiq icra başçısının istintaqı başa çatdı

Gündəm 11:44 07 okt, 2022
Sabiq icra başçısının istintaqı başa çatdı

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Qazet.az xəbər verir ki, cinayət işi yaxın günlərdə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Alimpaşa Məmmədov ötən il aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.