Sabiq MTN rəisi həbsxanada ölüb
Cəmiyyət
11:31 09 dek, 2021
Onun hansı səbəbdən öldüyü hələlik məlum deyil
![Sabiq MTN rəisi həbsxanada ölüb](https://qazet.az/resized/fit900x500/center/pages/41180/74b8e922-e807-422a-8279-e266d6de1c28.jpeg)
Bakıda sabiq MTN rəisi həbsxanada ölüb.
Qazet.az xəbər verir ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi Zakir Əlibala oğlu İsmayılov həbsxanada dünyasını dəyişib.
O, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən bir neçə il əvvəl casusluqda ittiham olunaraq həbs edilib.
Onun hansı səbəbdən öldüyü hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi Z. İsmayılov 2018-ci ildə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilərək həbs edilib. Z. İsmayılovla birgə onun həyat yoldaşı Nəzakət İsmayılova da tutulub.
Z. İsmayılov məhkəmənin hökmü ilə 19 il azadlıqdan məhrum edilib.