Bakı 3˚C Mostly cloudy

Sabirabadda içərisində pul və qızıl olan seyf oğurlanıb

Hadisə 16:15 23 sen, 2021

Suqovuşan kənd sakini N.Məmmədov saxlanılıb

Sabirabadda içərisində pul və qızıl olan seyf oğurlanıb

Sabirabad rayonunda evdə oğurluq hadisəsi olub.

Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-dən 22-dək olan müddətdə şəhər ərazisindəki evlərin birindən 800 manat pul oğurlamaqda şübhəli bilinən Suqovuşan kənd sakini N.Məmmədov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun daha bir evdən 10 400 ABŞ dolları, 2 300 manat pul və içərisində qızıl-zinət əşyaları olan seyfi oğurlaması da müəyyən edilib.