Sabirabadda partlayış: Xəsarət alanlar var
Gündəm
09:44 02 dek, 2022
![Sabirabadda partlayış: Xəsarət alanlar var](https://qazet.az/resized/fit900x500/center/pages/127950/111696530-tcilitibbiyardmfotojpg.webp)
Sabirabadda qaz partlayışı nəticəsində ər-arvad yanıq xəsarətləri alıb.
Qazet.az-ın Aran bürosunun məlumatına görə, hadisə rayonun Qruzma kəndində qeydə alınıb.
Belə ki, qaz balonunun partlayışı nəticəsində ev sahibləri 1967-ci il təvəllüdlü Babayev Abdul Abusəməd oğlu və onun həyat yoldaşı 1970-ciil təvəllüdlü Babayeva Gültəkin Zəbulla qızı üz və bədənin müxtəlif hissələrindən yanıq xəsarətləri alıb.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.