Bakı 13˚C Mostly sunny

Sabirabadda quldurluq edən şəxs saxlanılıb

Hadisə 15:27 16 dek, 2021

A.Namazovun cinayət əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər nazirliyinin “102” zəng mərkəzinə, həmçinin Sabirabad RPŞ-nə müraciət etməkləri xahiş olunur.

Sabirabadda quldurluq edən şəxs saxlanılıb

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Qazet.az-a verilən məlumata görə, Sabirabad və Saatlı rayon polis şöbələrinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabr ayının 9-da Sabirabad rayonu ərazisində iki taksi sürücüsünə bıçaqla xəsarət yetirərək, pullarını quldurluq yolu ələ keçirən şəxs saxlanılıb. 

Araşdırmalarla onun Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Adəm Namazov olduğu müəyyən edilib.

A.Namazovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun taksi fəaliyyəti ilə məşğul olan daha beş sürücünün pulunu quldurluq və dələduzluq yolu ilə ələ keçirdiyi də müəyyənləşdirilib.

Faktla bağlı saxlanılan şəxs barəsində Sabirabad RPŞ-nin İstintaq bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.