Sabit şəbəkə telefonlardan istifadə tarifləri dəyişdi
Gündəm
16:43 26 okt, 2022

Azərbaycanda sabit şəbəkə telefonlarının tarifində dəyişiklik olunub.
Qazet.az xəbər verir ki, Azərbaycanda sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) artırılması, şəhərlərarası telefon danışıqları üzrə tarifin 5 qəpikdən 3 qəpiyə endirilməsi barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifinin qəbul edilməsi qərara alınıb.