Şabranda çayxanada qumar oynayanlar saxlanılıb
Hadisə
13:27 24 yan, 2022
Faktla bağlı araşdırma aparılır

Şabran rayonunda qumar oynayan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Qazet.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də rayon ərazisində olan çayxanalardan birində qumar oynayan rayon sakinləri Ruslan Ələkbərov, Elman Hacıyev, Namiq Qarayev, İntiqam Qarazadə, Coşqun Talıbov və Elvin Əliyev saxlanılıblar. Polis şöbəsində üzərlərinə baxış keçirilərkən C.Talıbovun üzərindən narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.