Bakı 5˚C Mostly cloudy

Sabunçuda quşçuluq sexində yanğın olub

Hadisə 05:52 10 yan, 2023
Sabunçuda quşçuluq sexində yanğın olub

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 400 m² olan fəaliyyət göstərməyən quşçuluq sexinin içərisində 150 m² sahəyə səpələnmiş taxta yonqarı yanıb.

Fövqəladə Hallar Nazirliyindən Qazet.az-a bildirilib ki, sexin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.