Bakı 25˚C Sunny

Sadio Mane dünya çempionatında oynamayacaq

İdman 04:15 18 noy, 2022
Sadio Mane dünya çempionatında oynamayacaq

Almaniya "Bavariya"sının və Seneqal millisinin futbolçusu Sadio Mane Qətərdə keçiriləcək dünya çempionatında oynamayacaq.

Qazet.az xəbər verir ki, bu barədə Seneqal komandası məlumat yayıb.

Futbolçunun Bundesliqada "Verder"lə matçda (6:1) aldığı zədə sağalmayıb. Münhen klubu da rəsmi saytında futbolçunun əməliyyat olunduğunu açıqlayıb.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Seneqal yığması Niderland, Qətər və Ekvadorla birlikdə A qrupunda mübarizə aparacaq.