Bakı 13˚C Cloudy

Şadlıq sarayının sahibi həbs olundu

Hadisə 21:57 22 yan, 2022

Karantin qaydalarını pozan şadlıq sarayının sahibi həbs olunub

Şadlıq sarayının sahibi həbs olundu

Karantin qaydalarını pozan şadlıq sarayının sahibi həbs olunub.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Qazet.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə polis bölməsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Göytəpə şəhəri ərazisində yerləşən "Yaşar” şadlıq sarayında təşkil edilən şənlik mərasimində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Aşkarlanan hallarla bağlı həmin şadlıq sarayının sahibi İltizam Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.